Rusiyanın BMT-dəki nümayəndəsi: “Ukrayna ilə danışıqlara hazırıq”

6 Dekabr 2022 21:43

Rusiya Ukraynadakı vəziyyətin diplomatik yolla həll edilməsinə razılaşıb.

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qeyd edib.

"Rusiya "xüsusi əməliyyata" vadar edən səbəbləri aradan qaldırmaq üçün Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsinə hazırdır", - deyə Nebenzya bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya "Qərb silahlarının Kiyevə tədarükü ilə bağlı" dekabrın 9-da BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.

Milli.Az