Bu ölkə ukraynalı qaçqınları qəbul edə bilməyəcək

6 Dekabr 2022 21:26

Estoniya ukraynalı qaçqınların yeni dalğasını qəbul edə bilməyəcək və onları Finlandiyaya yönləndirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas bildirib.

"Biz Finlandiya ilə danışdıq ki, artıq Ukraynadan olan qaçqınlara bu şəkildə kömək edə bilmirik və onlar daha çox qaçqın qəbul edə biləcəklərini bildiriblər", - Kallas bildirib.

Baş nazirin fikrincə, Ukraynada baş verən son hadisələr qaçqınların yeni dalğasına səbəb olacaq.

Milli.Az