İranda məcburi hicab ləğv edilir? - Molla rejiminin sözçüsü açıqladı

6 Dekabr 2022 21:21

İranda 22 yaşlı Məhsa Əmininin polis tərəfindən işgəncə verilərək qətlə yetirilməsindən sonra başlayan etirazlarda mühafizəçinin qətli ilə bağlı mühakimə olunan 16 nəfərdən 5-nə ölüm hökmü verilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, molla rejiminin məhkəmə sisteminin sözçüsü Məsud Setayeşi etirazlarla əlaqəli davam edən məhkəmə prosesləri ilə bağlı sualı cavablandırarkən müttəhimlərin məhkəməsinin "tez və ciddi şəkildə" aparılacağını bildirib.

"Onlar etirazçıdırlar, yoxsa qiyamçı" sualını cavablandıran Setayeşi deyib:

"Etirazçı ilə qiyamçı arasında fərq var. Heç kim etiraz aksiyasına görə həbs olunmayıb. Yalnız ictimai asayişi pozan və milli təhlükəsizliyə zidd fəaliyyət göstərən qiyamçılar araşdırılıb, bəziləri həbs edilib".

O, noyabrın 3-də Kərəc şəhərində "Bəsic" əməkdaşının bıçaqlanaraq öldürülməsi ilə bağlı 16 nəfərin məhkəməsinin yekunlaşdığını bildirib:

"Müttəhimlərdən 5-i mühafizəçiyə hücum edərək, ictimai asayişi pozaraq dünyada fitnə-fəsad törətdiyinə görə edam cəzasına məhkum edilib.

Məhkəmənin eyni iş üzrə mühakimə olunan digər 11 müttəhimə də uzunmüddətli həbs cəzası verdiyini söyləyən Setayeşi onlardan 3-nün 18 yaşından kiçik olduğunu vurğulayıb.

Setayeşi məcburi hicab müzakirələri ilə bağlı verilən suala məsələnin qanunvericilik, icra və məhkəmə çərçivəsində həll edilməsinin lazım olduğunu deyib:

"Hicab mübahisənin bir tarixi var, inanırıq ki, hamımız öz dəyərlərimizə sarılmalı və bu dəyərlərə qarşı həssas olmalıyıq. Hicab probleminin həlli yollarını axtarırıq".

Milli.Az