DSX Akademiyasında yanğında 14 nəfər tüstüdən zəhərlənib - TƏBİB

6 Dekabr 2022 18:10

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

Milli.Az