Qan təzyiqini aşağı salan ən yaxşı içki

8 Dekabr 2022 22:25

Qan təzyiqini aşağı salmaq üçün ən yaxşı içki açıqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, dietoloq, tibb elmləri doktoru Mixail Qinzburqun sözlərinə görə, kefirin müntəzəm istifadəsi bağırsaq mikroflorasının fəaliyyətini yaxşılaşdıra, tullantıları və toksinləri orqanizmdən çıxara bilər.
"Yaxşı bakteriyalar, bədənin davamlı zəhərlənməsinə və iltihabına səbəb olan bir çox toksin istehsal edən fakultativ bakteriyalar deyilən pis bakteriyaların çoxalmasına mane olur. Və bu iltihabın nəticəsi olaraq təzahürlərindən biri hipertoniya olan metabolik sindrom inkişaf edir", - Qinzburq vurğulayıb.

Dietoloq əlavə edib ki, kefir orqanizmin immun sisteminin normal fəaliyyətini dəstəkləyən klassik probiotik hesab olunur. Lakin mədə və onikibarmaq bağırsağın peptik xorası, həmçinin pankreatit və ya qastrit zamanı bu içkidən imtina etmək lazımdır.

Milli.Az