Son zamanlarda dərmanlar tapılmır - Deputat

8 Dekabr 2022 21:35

"Son zamanlarda ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb".

Bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, bu, həm pasiyentlər, həm də həkimlər üçün çətinliklər yaradır: "Problemin həlli üçün əvvalcə səbəbləri dəqiqləşdirmək lazımdır. Görünən 3 səbəb var. Bunalrdan 2-si beynəlxalq, 1-i isə ölkədaxili səbəbdir. Hər kəs problemin ciddiliyini anlayır, amma həllini tapmır. Pandemiyanın dünya iqtisadiyyatı üçün yaratmış olduğu sıxıntılar bu gün də hiss olunur. Dünya iqtisadiyyatında istehsal azalıb, logistika xərcləri çox artıb. Beləliklə, dünyada qiymət artımı və əlçatanlıq çətinləşib. Digər səbəb isə Ukrayna-Rusiya müharibəsidir, bu, həmin ölkələrdən dərman idxalına mane olur. Bu gün dərman qiymətləri gün keçdikcə yüksəlməkdədir. Ölkəmizdə dərmanların keyfiyyətini və kəmiyyətini tənzimləyəcək qurumlar Tarif Şurası və Səhiyyə Nazirliyidir. Bu gün dünyada gedən reallığa cavab verən mexanizm ölkəmizdə yoxdur. Ölkədə həyata keçirilən səhiyyə islahatları dərmanlarla bağlı yeni mexanizm yaradılmasını zəruri edir".

Milli.Az