“Düşmənləri qorxutdunuz” - Ərdoğan Azərbaycan hərbçilərinə müraciət etdi

6 Dekabr 2022 15:30

"Bir millət və iki dövlət anlayışını bu təlimdə uğurla həyata keçirdiniz. Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz".

Milli.Az bildirir ki, Türkiyə Prezidenti Rəccəb Tayip Ərdoğan Azərbaycanla Türkiyənin birgə hərbi təliminin iştirakçılarına müraciətində belə deyib.

"Bu güc gələcək əməliyyatlarda da sizin ən mühüm dinamizminiz olacaq. Türkiyə-Azərbaycan bu təlimlərlə həmrəylik və əməkdaşlıqlarını gələcək üçün daha da gücləndirərək davam etdirir. Biz Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı sevirik. Sizi ürəkdən qucaqlayırıq. Bu təlim göstərdi ki, biz bir-birimizlə ət-sümük kimiyik. Heç kim bizi Allahın izni ilə bir-birimizdən ayıra bilməz. İlham Əliyev qardaşımı göstərdiyi qardaşlıq və sevgiyə görə səmimi qəlbdən təbrik edir, gözlərinizdən öpürəm. Sağ olun, var olun", - Ərdoğan bildirib.

Milli.Az