Mehinin qarlı-şaxtalı Avropa tətili - VİDEO - FOTO

6 Dekabr 2022 19:15

Müğənni və aparıcı Mehin Hümbətova Avropaya tətilə yollanıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, o, Avstriyanın qədim xizək kurort şəhəri Kitzbüheldən çəkilən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Mehin yolunu yeni il ilə bağlı şəhərin mərkəzi küçələrin birində keçirilən yarmarkadan salıb.

Müğənninin izləyiciləri ilə bölüşdüyü kadrlarda diqqət çəkən məqam isə havanın şaxtalı və qarlı olmasına rəğmən Hümbətovanın qısa "top"da - qarnı açıq formada gəzməsi olub.

Qeyd edək ki, M.Hümbətova "Instagram"da bloger kimi də məşhurdur. 

Milli.Az