Türkiyədə F-5 qırıcısı qəzaya düşdü

6 Dekabr 2022 15:10

Türkiyənin Konya şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-5 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəzaya səbəb təyyarənin quşla toqquşması olub. Nəticədə mühərriklər dayanıb.

Qəza zamanı pilot katapult edib. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin stabil olduğu bildirilir.

Milli.Az