Badamdarda sürüşmə sahəsindən keçən yol bağlanıb - VİDEO

6 Dekabr 2022 18:57

Badamdar qəsəbəsində sürüşmə sahəsindən keçən yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Badamdar-20-ci Sahə yolunun bağlanmasına səbəb sürüşmə zonasında təmir işlərinin aparılmasıdır.

Mövzu ilə bağlı danışan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli deyib ki, hərəkət iştrakçılarının təhlükəsizliyini təmin etmək üçün yol bağlanıb.

Hazırda yaponiyalı və yerli mütəxəssislərin layihələri əsasında sürüşmə sahəsindəki yeraltı suların kənarlaşdırılması və bərkitmə işləri görülür.

Qeyd edək ki, sürüşmə səbəbindən ötən il ağır yük maşınları və marşrut avtobusları istisna olmaqla digər nəqliyyat vasitələrinin Badamdar-20-ci Sahə yolu ilə hərəkətinə icazə verilirdi. Tikintini aparanlar bildirdilər ki, işin böyük bir qismi görülüb. Növbəti aylar üçün mütəxəssislər yenidən həmin əraziyə baxış keçirdikdən sonra yol təmir olunaraq sürücülərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az