“Həmin gecə yatmadım və ağladım” - Neymar

6 Dekabr 2022 14:00

Braziliya millisinin ulduzu Neymar Cənubi Koreya üzərində 4:1 hesablı qələbədən sonra açıqlama verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, zədədən qayıdan futbolçu Serbiya ilə qrup mərhələsindəki matçı xatırlayıb. 

O, həmin matçda zədələndiyi an qorxduğumninu bildirib: "Əla mövsüm keçirmişdim və hər şey yaxşı idi. Belə bir zədə almaq çox ağır oldu. Həmin gecə ağladım və yata bilmədim. Müalicələr nəticə verdi və burda olduğumza sevinirəm". 

Milli.Az