Çökmüş bitkoinin 250 min dollara yüksələcəyi proqnozlaşdırılırdı

6 Dekabr 2022 19:48

2023-cü ildə bitkoinin qiyməti 250 min dollara qədər yüksələ bilər. Belə bir proqnozu rekord həddə çökən ən populyar kriptovalyuta üçün Amerika vençur kapitalı investoru və "Draper Fisher Jurvetson"un təsisçisi Tim Dreyper verib.

Milli.Az bildirir ki, onun sözlərini CNBC sitat gətirir.

Dreyper çətin bazar vəziyyətinə baxmayaraq optimist olaraq qalır. O, hələ də qabaqcıl kriptovalyutanın 2023-cü ilin birinci yarısında yuxarıda qeyd olunan qiymət hədəfinə çata biləcəyinə inanır. Bununla yanaşı, hazırda bitkoinin dəyəri təxminən 17,2 min dollardır.

Bu yaxınlarda Lenta.ru ilə söhbətində Rusiya Kriptoİqtisadiyyat, Süni İntellekt və Blokçeyn Assosiasiyasının (RAKIB) icraçı direktoru Aleksandr Brajnikov kursun qaçılmaz böyüməsi haqqında danışıb. Analitik bildirib ki, bitkoin dəyişkən kriptovalyutadır: əvvəlcə artım, sonra eniş, sonra yenidən artım olur. Onun fikrincə, 2024-cü ilə qədər bitkoinin qiyməti 70-100 min dollar olacaq.

İrfan Vəliyev
Milli.Az