"Reytinqə görə ölünün üzərindən səhnə qurub, şou edirlər"

6 Dekabr 2022 15:40

Aparıcı Zemfira Adıgözəlova mərhum müğənni Rəhim Rəhimli ilə bağlı yayımlanan süjeti tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, özünü Rəhimin sevgilisi kimi təqdim edən qadını saxtakar adlandırıb.

"Eyibdir... Reytinqə görə ölünün üzərindən səhnə qurub, şou etmək... İşinizə hörmət etmirsiniz, ailəsinə hörmət edin. Hələ bu aktrisaya baxın" deyə, Zemfira paylaşımında yazıb.

Qeyd edək ki, Hüri adlı qadın Rəhimlə sevgili olduğunu və ailə qurmağa hazırlaşdıqlarını bildirib.

Milli.Az