Qəza oldu, maşındakı uşaq çölə düşdü - VİDEO

6 Dekabr 2022 16:12

Rusiyada, Krasnoyarsk diyarında qəza nəticəsində iki azyaşlı uşağın avtomobilin pəncərəsindən atılması videoya düşüb.

Milli.Az bildirir ki, müşahidə kameralarından çəkilmiş görüntüləri Daxili İşlər Nazirliyinin Rusiya regionu üzrə mətbuat xidməti VKontakte sosial şəbəkəsində paylaşıb.

Qəza dekabrın 4-də Krasnoyarskda Rokossovski, 20 ünvanının yaxınlığındakı yol ayrıcında baş verib. İki "Honda" markalı avtomobil toqquşub. Avtomobillərdən birində iki azyaşlı uşaq olub: altı aylıq və üç yaşlı. Uşaqlar reanimasiyaya, anası da xəstəxanaya yerləşdirilib.

Kadrlarda toqquşmadan sonra avtomobilin dirəyə necə çırpıldığı və güclü zərbədən hər iki uşağın pəncərədən uçaraq asfaltın üzərinə düşməsi göstərilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, altı aylıq uşaq 28 yaşlı ananın qucağında, üç yaşlı uşaq isə avtomobil oturacağında əyləşib və bərkidilməmiş vəziyyətdə olub. İlkin məlumatlara görə, qəzanın günahkarı işıqforun qadağan olunmuş işarəsinə əhəmiyyət verməyən digər avtomobilin 23 yaşlı sürücüsüdür.

İrfan Vəliyev
Milli.Az