Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs ələ keçdi

6 Dekabr 2022 10:09

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə "əlavə qazanc, yüksək gəlir" adı altında fəaaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.

Araşdırmalar Səbail RPİ 9-cü Polis Bölməsində aparılır.

Milli.Az