Putin Krım körpüsündə niyə "Aurus"la deyildi? - VİDEO

6 Dekabr 2022 08:48

Ötən gün Rusiya Prezidenti Vladimir Putinin Krım körpüsündən yerli "Aurus"la deyil də, "Mersedes"lə keçməsi diqqətdən yayınmayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı suallara Kreml sözçüsü Dmitri Peskov aydınlıq gətirib.

Peskov sadəcə orada belə bir maşın olduğu üçün "Mersedes"dən istifadə olunduğunu bildirib.

Qeyd edək ki, ötən gün Putin Krım körpüsündəki partlayış olan əraziyə gedib.

Milli.Az