Hakerlər 20 milyon dollarlıq COVID müavinətlərini oğurladılar

6 Dekabr 2022 15:56

ABŞ Məxfi Xidməti hökumətə bağlı Çin hakerlərini COVID-19 pandemiyası ilə bağlı verilən 20 milyon dollarlıq yardımı oğurlamaqda şübhəli bilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət Çin dövlətinin himayə etdiyi APT41 haker qrupundan gedir.

ABŞ-da vəsaitlərin mənimsənilməsində məhz bu qrupun böyük rol oynadığı iddia olunur.

2020-ci ildən bəri hakerlərin 2 min hesabı və 40 mindən çox maliyyə əməliyyatını əhatə edən ən azı 20 milyon dollarlıq müavinətləri oğurladığı bildirilir.

Xüsusilə, 10-dan çox ştatda İşsizlikdən Sığorta Fondu və Kiçik Biznes Administrasiyasının hesabları boşaldılıb.

Hazırda oğurlanmış vəsaitin yarısını qaytarmaq mümkün olub.

Milli.Az