Peruda quş qripi 22 000 vəhşi quşun ölümünə səbəb olub

6 Dekabr 2022 08:37

Peruda quş qripinə görə 22 minədək dəniz quşu tələf olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Perunun Milli Baytarlıq Xidməti məlumat verib.

Bildirilib ki, pelikanların ölümünə səbəb yüksək dərəcəli patogen H5N1 virusudur. Amerikada qripin ocağı ötən il aşkar edilib.

Məsələyə BMT də münasibət bildirib.

Milli.Az