Almaniya "Qazprom"u məhkəməyə verdi

5 Dekabr 2022 23:25

Almaniyanın enerji şirkəti RWE qaz çatışmazlığı ilə bağlı Rusiyanın "Qazprom" şirkətini məhkəməyə verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Məlumata görə, RWE-nin Rusiya qaz tədarükündəki payı kifayət qədər aşağı olub. Belə ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri bu rəqəm 15 TVt/saatdan 4 TVt/saata qədər azalıb.

Milli.Az