Rusiya ilə sərhəddə 15 radar sistemi yerləşdiriləcək

5 Dekabr 2022 22:24

Estoniya Rusiya ilə sərhəddə PUA monitorinqi sistemini quracaq və İda bölgəsində 15 radar yerləşdirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İda sərhəd prefekturasının əməliyyat rəhbəri Tarvo Kruupa məlumat verib.

"Yaxın illərdə Polis və Sərhəd Mühafizə Departamenti sərhəd bölgəsi olan İda-Virumaada 15 yeni radar mövqeyi qurmağı və PUA-ların aşkarlanması və zərərsizləşdirilməsi üçün ayrıca sistem yaratmağı planlaşdırırıq", - Kruupa qeyd edib.

Milli.Az