DÇ-2022: Xorvatiya 1/4 finalda! - VİDEO - FOTO

5 Dekabr 2022 21:43

21:43

DÇ-2022-nin 16-cı oyun gününə start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 1/8 final mərhələsinin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlib.

Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar son mundialın vitse-çempionu ilə görüşə də iddialı çıxıb. İlk yarının sonlarında Dayzen Maeda yaponları hesabda önə çıxarıb - 1:0. İkinci hissənin əvvəlində İvan Perişiç bərabərlik qoluna imza atıb - 1:1. 

90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən rəqiblər DÇ-2022-dəki ilk əlavə vaxtda oynamalı olub. Lakin bu yarım saat qolsuz başa çatıb.

1/4 finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Oyunsonrası "lotereya"da daha dəqiq olan Xorvatiya mundialın 8 ən güclü komandası sırasına yüksəlib.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya - Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
1/8 final
5 dekabr
19:00. Yaponiya - Xorvatiya - 1:1, pen. 1:3
Qollar: Dayzen Maeda, 44 - İvan Perişiç, 54
Penaltilər seriyası: Takumi Minamino (0:0), Nikola Vlaşiç (0:1), Kaoro Mitomo (0:1), Marselo Brozoviç (0:2), Takumo Asano (1:2), Marko Livaya (1:2), Maya Yoşida (1:2), Mario Paşaliç (1:3)

---------

19:44

Yaponiya 1 - 1 Xorvatiya
Qol: Maeda (44),  Perisic (56)

--------

19:44

Yaponiya 1 - 0 Xorvatiya
Qol: Maeda (44)

-------

19:00

Yaponiya 0 - 0 Xorvatiya

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda

Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic

Milli.Az