"İnşallah, Ermənistan da ağıllanar..."

5 Dekabr 2022 19:16

İnşallah, Ermənistan da ağıllanar və onun da ərazisindən keçəcək nəqliyyat dəhlizlərindən faydalanar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyənin Sahibkarlıq və Humanitar Xarici Siyasəti ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.

"Ermənistan Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlamaqla sabitliyə qovuşa bilməyəcəyini gördü. Amma biz Türkiyə və Azərbaycan olaraq sülh əlimizi uzatdıq. Azərbaycan əhatəli bir sülh müqaviləsi təklif edib, müzakirələrin isə nəticəyönümlü olması lazımdır", - nazir vurğulayıb.

Milli.Az