Sevgilisi ilə görüntülənən Aleyna söhbəti belə dəyişdi - FOTO

6 Dekabr 2022 00:44

Erkən yaşlarında qazandığı şöhrəti və sosial şəbəkə paylaşımları ilə tanınan 22 yaşlı müğənni Aleyna Tilki haqqında Türkiyənin şou gündəmində yeni xəbərlər dolaşır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun maşında bərabər əyləşdiyi cavan bir oğlanla görüntüləri diqqət çəkib.

Oğlanın Aleynanın bu il dəyişdirdiyi üçüncü sürücüsünün olduğu üzə çıxıb. Jurnalistlərin "Bu şəxs kimdir? Yeni sevgilinizdir?" - suallarına "O, uşaqlıq dostumdur. Sürücüm işdən çıxdığı üçün mənə kömək edir. Maşınımı o sürür", -  cavabını verib.

Qeyd edək ki, Aleyna Tilki bundan öncə yeni sürücüsü ilə məkanların birindən çıxarkən görünüb və həmin şəxsin kimliyi barədə sualları cavabsız qoymuşdu.

Milli.Az