1,55 boyu ilə “Best Model” seçildi - Qalmaqal - FOTO

5 Dekabr 2022 17:24

Dünən baş tutan "Best Model of Azerbaijan 2022" yarışmasının finalında qalmaqal yaşanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, xanım arasında Lina Uzunun birinci olması digər iştirakçıların etirazı ilə nəticələnib və onları müsabiqəni boykot edərək zalı tərk ediblər.

Qızlar və təşkilat komitəsi arasında yaranan narazılıq böyüməyə başlayıb.

İddia olunub ki, xanım qoyulan boy kriteriyalarına malik deyil və Azərbaycanda yaşamır. Qaydalara uyğun olaraq ən yaxşı model azərbaycanlı olmalıdır.

Lakin, sözügedən xanımın Gürcüstan və Türkiyə kökənli olduğu qeyd olunub.

Hətta, sosial şəbəkələrdə final gecəsində meydana gələn gərginliklə bağlı video görüntülər də yayılıb.

OLAY mövzu barədə "Best Model of Azerbaijan 2022"nin milli direktoru Elxan Paşayevlə əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib.

Milli.Az