ABŞ-da 40 polis əməkdaşı binada olarkən "Walmart" mağazasını soymağa cəhd edən şəxs həbs edilib.
Milli.Az bildirir ki, bu barədə "Mirror" məlumat yayıb.
Hadisə Floridada baş verib. "Walmart" şəbəkəsi mağazalarından birində 40 polis əməkdaşının, həmçinin ictimai təşkilatların nümayəndələrinin və yerli şerifin iştirak etdiyi "Polislə mağaza" kampaniyası keçirilib.
Aksiya çərçivəsində polislər uşaqları ilə birlikdə qarşıdan gələn bayramlara onlarla birlikdə hazırlaşmaq üçün mağazaya gəliblər.
Hadisə baş verən zaman naməlum şəxs mağazanı qarət etmək qərarına gəlib, bundan sonra cinayət başında yaxalanıb.
O, ətir, qayçı, əlcək, şpris və qab oğurlayıb.
İrfan Vəliyev
Milli.Az