Modriçin milli qərarı

5 Dekabr 2022 18:28

Luka Modriçin Xorvatiya millisindəki taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu yığmanın baş məşqçisi Zlatko Daliç açıqlayıb.

O bildirib ki, Luka milli karyerasını başa vurmayacaq. Daliç 37 yaşlı yarımmüdafiəçinin DÇ-2022-dən sonra da böyük turnirlərdə milli forma geyinəcəyini qeyd edib: "DÇ-2022 onun Xorvatiya millisinin heyətində iştirak etdiyi son turnir deyil. Luka mənə də, bizə də hələ bir müddət lazımdır".

Qeyd edək ki, Xorvatiya yığması bu gün DÇ-2022-nin 1/8 finalında Yaponiya ilə qarşılaşacaq.

Milli.Az