Rusiya Prezidenti Vladimir Putin təmirdən sonra yenidən istifadəyə verilən Krım körpüsündən avtomobillə keçib.
Milli.Az APA-ya istinadən bildirir ki, Putin sükan arxasında körpü ilə hərəkət edib və eyni zamanda, Baş nazirin müavini Marat Xusnullinin hesabatını dinləyib.
Xatırladaq ki, Krım körpüsündə oktyabrın 8-də partlayış baş vermişdi. Bundan sonra, körpü üzərindən hərəkət məhdudlaşdırılmışdı.
Milli.Az