Qəbul və buraxılış imtahanlarının tarixləri dəyişdiriləcək? - VİDEO

5 Dekabr 2022 20:28

Qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan məlumatlar tələbə olmağı hədəfləyən abituriyentlərdə, eləcə də təhsil ictimaiyyətində çaşqınlığa səbəb olub. İddia edilir ki, imtahanların qrafiklərinin dəyişdirilməsi stres yaradir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə bu günlərdə demişdi ki, ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. İmtahanların vaxtları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə imtahanlara hazırlaşan abituriyent Elnur Şiriyev deyir ki, hələ hazırlıq proqramını başa çatdırmayıb. Onun sözlərinə görə, buraxılış imtahanlarının vaxtının dəyişəcəyi ilə bağlı məlumatların yayılması psixoloji gərginlik yaradır.

Digər abituriyent Surac Nəcəfov da həmyaşıdı ilə eyni fikirdədir.

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, yayılan məlumatlar təhsil ictimaiyyəti arasında da çaşqınlıq yaradır.

Elşən Qafarov bildirib ki, təhsil ictimaiyyəti buraxılış imtahanlarının iyunun birinci ongünlüyündə keçirilməsini məqbul hesab edir.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən isə " Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildrilib ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə qeyd edib ki, bu ay ərzində müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az