“WhatsApp”da görüntülü danışanların işini asanlaşdıracaq funksiya

6 Dekabr 2022 01:22

"WhatsApp" uzun müddət əvvəl istifadəçilərinə mesajlaşma və danışmaqla yanaşı video zəng funksiyasını da təqdim etmişdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla belə, "WhatsApp" istifadəçiləri platformada video söhbət edərkən başqa proqrama daxil olduqda görüntü bulanıqlaşırdı.

Ani ünsiyyət proqramı istifadəçilərinin bu problemlə üzləşməməsi üçün video zənglər üçün "şəkil içində şəkil rejimi" üzərində işləməyə başladı. Başqa sözlə, "Şəkil içində şəkil" rejimi sayəsində "WhatsApp" istifadəçiləri videoda danışarkən kameranı bulanıqlaşdırmadan digər proqramlara daxil ola biləcəklər.

Milli.Az