Bağçada uşağın döyülməsi kameraya düşdü - VİDEO

5 Dekabr 2022 21:14

Rusiyada, Vladiqafqazda müəllimə uşaq bağçasında uşağı danlayaraq başını masaya vurub.

Milli.Az bildirir ki, hadisə videoya çəkilib, görüntülər "Vladikavkaz FV" qrupunun "VKontakte" səhifəsində yayımlanıb.

Görünən videoda qadın digər uşaqlarla masa arxasında oturan şagirdə qışqırıb. Oğlan ağlamağa başlayıb, məktəbəqədər işçi başını masaya vurub.

Daha sonra xəsarət alan uşağın valideynləri polisə ərizə yazıb. Bundan başqa, insidentlə bağlı Şimali Osetiya prokurorluğunun əməkdaşları istintaqa qədərki yoxlamalara başlayıblar.

"Əsaslar olarsa, prokurorluq tərəfindən hərtərəfli cavab tədbirləri görüləcək", - idarənin saytında yerləşdirilən məlumatda deyilir.

İrfan Vəliyev
Milli.Az