Bakıda bu məşhur xanıma yüksək vəzifə verildi - FOTO

5 Dekabr 2022 11:17

"Azərbaycan Dəmir Yolları" QSC-də kadr dəyişikliyi olub.

Milli.Az Manset.az-a istinadən bildirir ki, qurumun yeni sədri Rövşən Rüstəmovun müvafiq əmri ilə, Sənubər Nəzərova Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi təyin olunub.

O, bu təyinata qədər SOCAR AQŞ-nin mətbat meneceri, "Teknofest Azərbaycan" ofisinin PR nümayəndəsi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb.

Milli.Az