Paytaxtda yaşlı kişini avtomobil vurub

5 Dekabr 2022 08:35

Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Kazımov Seyfulla Fazil oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az