Bakıda gənc oğlanı avtomobil vurub

5 Dekabr 2022 08:09

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Balaxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-ci il təvəllüdlü Abbasov Hüseyn Füzuli oğlu yolu müəyyən edilməmmiş hissədən keçib.

Bu zaman onu minik avtomobili vurub.

Yaralı bədəninin aşağı ətrafının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az