Avtomobil kişini vuraraq ağır xəsarət yetirib

5 Dekabr 2022 07:41

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, Zığ yolu deyilən ərazidə avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Nuriyev Mayis Yusif oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, müştərək travma və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az