"Türkiyə qaz habı yaratmaq üçün hazırlıq işləri aparır" - Ərdoğan

4 Dekabr 2022 22:33

"Türkiyə yanacağın Avropaya tədarük ediləcəyi qaz qovşağı yaratmağa hazırlaşır".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Türkiyə Prezindeti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa şəhərində gənclərlə görüşündə deyib.

"Rusiya Prezidenti Vladimir Putin, bildiyiniz kimi, təbii qazın Türkiyə vasitəsilə Avropaya paylanmasını təklif edib. Biz bu istiqamətdə hazırlıq işləri görürük", - Ərdoğan bildirib.

Qeyd edək ki, Vladimir Putin "Şimal axını" ilə itirilmiş tranzit həcminin yönləndirilə biləcəyi qovşağın yaradılması ideyası ilə Rusiya Enerji Həftəsi forumunda çıxış edib. Onun sözlərinə görə, söhbət Türkiyədə daha bir boru kəməri sisteminin qurulması və qovşağın yaradılması imkanından gedir ki, buradan üçüncü ölkələrə, ilk növbədə Avropa ölkələrinə qaz nəql olunacaq.

Milli.Az