Mixail Qaluzin MDB məsələlərinə nəzarət edəcək

4 Dekabr 2022 22:07

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yeni vəzifəsində Müstəqil Dövlətlər Birliyi (MDB) və İttifaq dövləti məsələləri ilə məşğul olacaq, xarici işlər nazirinin müavini Andrey Rudenko isə Asiya istiqaməti məsələsi ilə məşğul olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

"MDB mövzusuna xarici işlər nazirinin müavini M.Qaluzin, Andrey Rudenko isə Asiya istiqaməti nəzarət edəcək", - deyə qeyd olunub.

Qeyd edək ki, A.Rudenko 2019-cu ilin sentyabrından Rusiya Federasiyası xarici işlər nazirinin müavini vəzifəsində çalışır. Mixail Qaluzin 2022-ci il noyabrın 25-də Rusiya Federasiyasının xarici işlər nazirinin müavini təyin edilib.

Milli.Az