İngiltərə millisi dünya çempionu olarsa...

4 Dekabr 2022 12:09

İngiltərə millisi dünya çempionu olacağı halda, yığmanın hər bir futbolçusu 400-450 min funt əldə edəcək.

Milli.Az apasport.az-a istinadən bildirir ki, milli futbolçuları hər mərhələ keçdikcə pul mükafatı qazanacaq. Bu gedişlə, dünya çempionu olsalar, onların qazancı 400-450 min funt aralığında olacaq.

Qeyd edək ki, İngiltərə bu gün 1/8 finalda Seneqalla qarşılaşacaq.

Milli.Az