Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə gedib

4 Dekabr 2022 16:55

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşünün keçirilməsi və ikitərəfli tədbirlərdə iştirakı nəzərdə tutulur.

Milli.Az