İranda əxlaq polisi ləğv edildi

4 Dekabr 2022 15:05

İranda əxlaq polisi ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, bu, İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib.

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən Məhsa Aminin həbs edilməsi və qəfil ölümündən sonra etiraz dalğası başlamışdı.

Milli.Az