Azərbaycanda 19 yaşlı hamilə qadın xəstəxanada ölüb

3 Dekabr 2022 21:00

Salyanda hamilə qadın xəstəxanada dünyasını dəyişib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Qarabağlı kənd sakini, 2003-cü il təvəllüdlü Çobanova Gülyanaq Cəlal qızı Salyan Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Xəstəxanadan verilən məlumata görə, 26-27 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən anomal vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az