AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər - FOTO

3 Dekabr 2022 20:04

Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının (EG) XXIX Konqresi təşkil olunub.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, 2 gün davam edən tədbirdə EG-nin rəhbərliyi, Texniki Komitələri və komissiyalarına seçkilər baş tutub.

AGF tərəfindən namizədlikləri irəli sürülən Yevgeniya Vilyayeva bədii gimnastika, Ruslan Eyvazov gimnastika hamı üçün, İnara İsrafilbəyova isə "TeamGym" idman növü üzrə Avropa Gimnastikasının Texniki Komitələrinin üzvlüyünə seçiliblər.

Milli.Az