Mövqelərimiz atəşə tutuldu

3 Dekabr 2022 18:50

Dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Vurğulanıb ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Milli.Az