Beyləqanda qətlə yetirilən bir ailənin 4 üzvü dəfn olunur - FOTO

3 Dekabr 2022 13:33

Dekabrın 2-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində bir ailənin 4 üzvü qətlə yetirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürüb.

Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyib.

Qətlə yetirilən bir ailənin 4 üzvü bu gün Beyləqan rayonu Eyvazalılar kənd qəbiristanlığında dəfn olunur.

Milli.Az