DTX-nin həbs etdiyi vəzifəli şəxsin yerinə müvəqqəti təyinat

3 Dekabr 2022 13:51

Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinat olub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, nazir Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyinin Təchizat və Əmlak Şöbəsinin müdiri vəzifəsinin icrası şöbə müdirinin müavini Elmir Ağayeva həvalə edilib.

Xatırladaq ki, bundan öncə şöbə müdiri olan İlkin Nəsibov Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə (mənimsəmə və ya israf etmə) həbs edilib, nazir müavini Elnur Əliyev vəzifəsindən azad olunub.

Milli.Az