Xəstəxanada olan Mahir Cürətin vəziyyəti açıqlandı: “Ayaqları çürüyür”

3 Dekabr 2022 13:24

Məşhur qəzəlxan Mahir Cürət bu gün Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a meyxanaçının bacısı oğlu Nuh Tarverdiyev məlumat verib.

O, dayısının nə qədər müddətə xəstəxanada qalacağının hələlik bəlli olmadığını diqqətə çatdırıb:

"Vəziyyəti pisdir. Ayaqları yaradır, çürüyür, müalicə lazımdır, ona görə də nə vaxt xəstəxanadan buraxılacağını bilmirik".

Milli.Az