Özünü öldürmək üçün kolbasaya siçan dərmanı yaxıb yedi

3 Dekabr 2022 11:15

Tovuz rayon sakini intihara cəhd edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü İ.H. Gəncə şəhərində kirayə yaşadığı evdə intihar etmək məqsədilə kolbasanın üzərinə siçan dərmanı yaxaraq yeyib. Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az