Azərbaycanlı aktrisa belini incəldib, sinəsini kiçiltdi - VİDEO

3 Dekabr 2022 09:45

Aktrisa Nəzakət Məmmədova plastik əməliyyat etdirib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, yerli klinikaların birində bıçaq altına uzanan sənətçi bədənşəkilləndirmə, eyni zamanda sinə kiçiltmə əməliyyatını keçirib.
Əməliyyatın ümumi olaraq altı saat davam etdiyi bildirilib. Nəzakətin belindəki və qarnındakı artıq piylər götürülərək, "liposaksiya" olunub.

İcra olunan sinə kiçiltmə əməliyyatında isə öz toxumasının köməyi ilə dikləşdirilib.

Nəzakət Məmmədovanın əməliyyatdan sonraki görüntülərini isə həkimi sosial şəbəkə hesabında paylaşıb. Aktrisa özünü yaxşı hiss etdiyini söyləyib.

Milli.Az