Rusiyada yanğın zamanı ikisi uşaq olmaqla üç nəfər ölüb

3 Dekabr 2022 08:49

Rusiyanın Krasnoyarsk diyarının Rıbinsk rayonunda fərdi evdə yanğın baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Hadisə nəticəsində ikisi uşaq olmaqla üç nəfər ölüb.

Milli.Az