Bu əraziləri Rusiyanın bölgəsi kimi tanımayacağıq! - ABŞ

3 Dekabr 2022 08:42

ABŞ Ukraynada müharibə zamanı Moskvanın nəzarətinə keçən əraziləri heç vaxt Rusiyanın bölgəsi kimi tanımayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Biz açıq şəkildə bildirdik ki, ABŞ 2014-cü ildə və ya daha sonralar Rusiya tərəfindən ilhaq edilmiş əraziləri heç vaxt tanımayacaq", - Prays bildirib.

Milli.Az