Yəməndə məscidi partlatdılar, ölən və yaralananlar var

3 Dekabr 2022 08:28

Yəməndə məscidə qumbara atıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayış Hadramaut əyalətində baş verib.

Nəticədə 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bildirilib ki, partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az